Avarçəkənimiz olimpiadada 5-ci oldu

Avarçəkənimiz olimpiadada 5-ci oldu

Bu gün London Yay Olimpiya Oyunlarında akademik avarçəkmə yarışlarında 2000 metr məsafəyə final yürüşləri keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan avarçəkəni Aleksandr Aleksandrov da yarışa qatılıb.

Bir nəfərlik qayıqla (M1X) çıxış edən avarçəkənimizin rəqibləri avstraliyalı Mex Drisdeyl, isveçli Lassi Karonen, almaniyalı Marsel Haker, çexiyalı Ondrey Sinek və britaniyalı Alan Kempbel olub.

Təəssüf ki, idmançımız yalnız 5-ci olmağı bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə