Premyer Liqanın 1-ci turunun qarşıdan gələn "İnter" - "Qarabağ" görüşü sayca 28-ci olacaq. "İnter" və "Qarabağ" arasında bunadək 27 dəfə qarşılaşma başa tutub. Siasport.az saytının məlumatına görə, 22 oyun çempionat çərçivəsində keçirilib, 5 oyun isə kubok turnirində. Hər iki komanda 10 qələbəylə fərqlənib. Qalan 7 matçda tərəflər meydandan sülhlə ayrılıblar. Vurulan topların fərqi bərabərdir-21:21. Komandalar ilk dəfə 2004-cü ilin noyabr ayında çempionat çərçivəsində üz-üzə gəliblər. Həmin görüş 3:1 hesabıyla ağdamlıların xeyrinə başa çatıb. "İnter" və "Qarabağ" qarşıdurmasında ilk qolun müəllifi rəqibin forvardı Vadim Vasilyev olub və o, bu qolu penalti zərbəsindən vurub.
Xatırlardaq ki, ötən mövsümdə komandalar dörd dəfə qarşılaşıblar. İlk oyunda ağdamlılar 1:0 hesabıyla qalib gəliblər. İkinci qarşılaşma isə qolsuz bərabərliklə başa çatıb. Üçüncü oyunda da tərəflər meydandan sülhlə ayrılıblar - 1:1. Dördüncü oyunda sevinən tərəf yenə "Qarabağ" olub - 1:0. "İnter" - "Qarabağ" oyunlarında ən populyar hesab 1:0-dır. Belə nəticə 27 oyundan 15-də qeydə alınıb. Maraqlıdır ki, qarşılaşmaların tarixində darmadağın hesabı qeydə alınmayıb. Yalnız iki dəfə komandalara bir-birini 2 top fərqilə qalib gəlmək müəssər olub.
Azərbaycan çempionatında "Qarabağ"a qarşı keçirilən ev oyunlarında "İnter" üstünlüyə malikdir. Belə ki, 11 qarşılaşmada komanda 6 dəfə rəqibini məğlub etməyi bacarıb. 3 oyun heç-heçə başa çatıb və 2 dəfə ağdamlılar qələbə qazanıblar. Bu qarşılaşmalarda top fərqi "İnter"in xeyrinə dir- 10:6.
Qeyd edək ki, "İnter" - "Qarabağ" matçı avqustun 5-də keçiriləcək. Oyun saat 20.00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB