Ağacan Əbiyevin olimpiadadan kənarlaşdırılmasının səbəbləri bəlli oldu
Xəbər verdiyimiz kimi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev London Yay Olimpiya Oyunlarından kənarlaşdırılıb. Siasport.az saytının məlumatına görə, səbəb rəsmi olaraq açıqlanmasa da, "Reuters" agentliyindən olan jurnalsitlər xəbər verirlər ki, o, öz ölkəsinin idmançıları və federasiya rəsmiləri ilə ünsiyyətə cəhd etdiyinə görə yarışlardan kənarlaşdırılıb.
Əbiyev AİBA-nın Olimpiada üçün texniki komitəsinin üzvü idi. Qaydalara əsasən, bu Komitənin üzvü olan hər kəs öz ölkəsinin boksçuları, federasiya rəsmiləri və digər şəxslərlə ünsiyyətdə olmamalıdır.
Artıq Əbiyev sözügedən komitə üzvlərinin yaşadığı oteldən də ayrılıb. Bu haqda qərarı AİBA-nın prezidenti Çinq-Kuo Vu şəxsən qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB