"Simurq" 3 futbolçu ilə müqavilə bağladı

"Simurq" 3 futbolçu ilə müqavilə bağladı

"Simurq" Peşakar Futbol Klubu heyətini 3 gənc futbolçu ilə gücləndirib. Siasport.az saytının məlumatına görə, komanda Nicat Qurbanov, Mehman Məmmədov və Murad Səttarlı ilə rəsmi müqavilə imzalayıb. Onlar bu mövsümün sonuna qədər "sarı-qaralar"ın şərəfini qoruyacaq.

"Neftçi"dən icarə əsasında heyətə qatılan 20 yaşlı yarımmüdafiəçi Qurbanov "Simurq"da 19 nömrəli formanı geyinəcək. Xatırladaq ki, gənc futbolçu ötən mövsüm də komandamızın uğurları üçün mübarizə aparıb.

Bu gün rəsmi müqaviləyə imza atan Murad Səttarlı isə "Qarabağ"dan icarə əsasında transfer edilib. Ötən mövsüm "Sumqayıt"da çıxış edən gənc yarımmüdafiəçi "Simurq"da 21 nömrəli forma ilə mübarizə aparacaq.

"Sarı-qaralar"la bir illik müqavilə imzalayan Mehman Məmmədovun isə son komandası Gəncənin "Kəpəz" klubu olub. O, "Simurq"un heyətində 24 nömrəli forma ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə