Çimərlik futbolu üzrə Bakı birinciliyinə qatılan "Bakı" klubu yüksək mükafata sahib çıxıb. Siasport.az saytının məlumatına görə, turnirdə 13 komanda iki qrupda mübarizə aparıb. İlk turdan inamla mübarizə aparan və final oyununda Buzovnanın "Xəzri" komandasına qalib gələn "Bakı" 2008-ci ildən etibarən keçirilən ənənəvi kubokun sahibi olub.
Turnirin sonunda 4 nominasiya üzrə fərqlənən idmançılar mükafatlandırılıb. Ən yaxşı baş məşqçi mükafatı "Bakı"nın baş məşqçisi İlqar Allahverdiyevə təqdim edilib. "Bakı" futbol klubunun baş meneceri Zeynal Məmmədov çempion titulu qazanan komandanın üzvləri ilə görüşüb. Futbolçuları təbrik edən baş menecer onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Zeynal Məmmədov "Bakı" futbol klubunun bütün komandaları kimi çimərlik futbolu komandasına da hərtərəfli dəstək veriləcəyini, onların daha yükdək səviyyəyə yüksəlməsi üçün tələb olunan şəraitin yaradılacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB