XXX Yay Olimpiya Oyunlarında 100 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Elmar Qasımov 1/4 finalda məğlub olub. Siasport.az saytının məlumatına görə, o, bu mərhələdə koreyalı idmançı Hi-Ti Hvanqla qarşılaşıb. Elmar rəqibinə məğlub olsa da, təsəlliverici görüşlərdə iştirak edəcək. Əgər o, bu görüşlərdən birində qalib gəlsə, bürünc medal uğrunda yarışmaq hüququ qazanacaq.
Xatırladaq ki, Elmar 1/16 final mərhələsində qazaxıstanlı Maksim Rakovu, 1/8 final mərhələsində isə gürcü Levan Jorjolianini məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB