London Yay Olimpiya Oyunlarında cüdo üzrə Azərbaycan yığmasının sonuncu üzvü Elmar Qasımov 1/8 final mərhələsində də uğurlu çıxış edib. Siasport.az saytının məlumatına görə, 100 kq çəki dərəcəsində yarışan təmsilçimiz bu mərhələdə gürcü cüdoçu Levan Jorjoliani ilə qarşılaşıb. Elmar 1 yuka xalı ilə rəqibindən üstün olub. İdmançımız 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Onun növbəti rəqibi isə cənubi koreyalı Hee-Tae Hvanq olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 15:29-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB