"Bakı" yeni qapıçısını təqdim etdi VİDEO

"Bakı" yeni qapıçısını təqdim etdi VİDEO

"Bakı" klubu makedoniyalı qapıçı Edin Nuredinovski ilə 1+1 müddətinə müqavilə bağlayıb. Siasport.az saytının məlumatına görə, Edin Nurediovski 12 aprel 1982-ci ildə keçmiş Yuqoslaviya respublikası olan Makedoniyada anadan olub. Futbolçu karyerasına Skopyenin "Vardar" klubunda başlayıb. 1999-2003-cü illər ərzində bu klubda çıxış edən qapıçı 2003-cü ildə "Sloqa Yuqomaqnat" klubuna transfer olunub. 2005-2006-cı illər ərzində FK "Pobeda"nın şərəfini qoruyub.


Edin 2006-cı ildə ünvanını Almaniyaya dəyişib. O, 2006-cı ildə GVO "Oldenburq", 2007-ci ildə "Ayntraxt"ın forması geyib. 2007-ci ildə Makedoniyaya qayıdan Nuredinovski iki il ırzində "Skopye", FK "Milano" klublarının heyətində yer alıb.

Futbolçu 2009-cu ildə Yunanıstanın Etnikos klubuna dəvət alıb və 2012-ci ilə qədər bu ölkənin liqasında oynayıb.

Edin Nuredinovski 7 dəfə Makedoniya milli komandasının heyətinə cəlb olunub. Boyu 195 sm, şəkisi 89 kiloqramdır.

Bütün xəbərlər Facebook səhifəmizdə