Son ümidimiz olimpiadada ilk qələbəsini qazandı

Son ümidimiz olimpiadada ilk qələbəsini qazandı

London Yay Olimpiya Oyunlarında cüdo üzrə Azərbaycan yığmasının sonuncu üzvü Elmar Qasımov mübarizəyə başlayıb. Siasport.az saytının məlumatına görə, 100 kq çəki dərəcəsində yarışan təmsilçimiz mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Onun ilk rəqibi qazaxıstanlı Maksim Rakov olub. İdmançımız rəqibini məğlub edib. E.Qasımov bu qələbə ilə 1/8 finala vəsiqə qazanıb. Təmsilçimiz növbəti mərhələdə Daniel Brata (Rumıniya) - Levan Jorjoliani (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə