Bu gün olimpiya oyunlarında 4 idmançımız mübarizə aparacaq

Bu gün olimpiya oyunlarında 4 idmançımız mübarizə aparacaq

Böyük Britaniyanın paytaxtı Londonda XXX Yay Olimpiya Oyunları davam edir. Siasport.az saytının məlumatına görə, bu gün – altıncı yarış günündə 4 Azərbaycan idmançısı Olimpiya Oyunlarında mübarizə aparacaq.
Yarışda 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq cüdoçumuz Elmar Qasımov (100 kq) qazaxıstanlı Maksim Rakov ilə qarşılaşacaq.
Misir idmançısı Mohamed Hikalı məğlub edərək 1/8 finala yüksələn boksçumuz Soltan Migitinov (75 kq) növbəti görüşünü braziliyalı Eskuiva Falkao Florentinoya qarşı keçirəcək.
London Yay Olimpiya Oyunlarının yarımfinal mərhələsinə vəsiqə qazanmış avarçəkənimiz Nataliya Mustafayeva 2 min metr məsafəyə yürüşdə finala yüksəlmək üçün mübarizə aparacaq.
Digər idmançımız – üzgüçü Yevgeni Lazuqa 100 metr məsafəyə batterflay üsulu ilə yarışda qüvvəsini sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə