“İnter” daha bir transfer reallaşdırıb

“İnter” daha bir transfer reallaşdırıb

"İnter" daha bir transfer reallaşdırıb. Siasport.az saytının məlumatına görə, komanda yarımmüdafiəçi Abdulla Abasiyevlə 2 illik müddətinə müqavilə imzalayıb.

Xatırladaq ki, A.Abasiyev ötən mövsüm "Sumqayıt" klubunda çıxış edirdi.

O, həm də Azərbaycanın gənclərdən ibarət milli komandasının üzvüdür və yığmanın heyətində 2012-ci ildə 3 rəsmi matçda meydana çıxıb.

Əlavə edək ki, 2010-cu ildə futbolçu U-19 komandasının heyətində də mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə