Tərlan Əhmədov: "Belə məğlubiyyətdən sonra növbəti mərhələ haqqında düşünmək çox çətindir"

Tərlan Əhmədov: "Belə məğlubiyyətdən sonra növbəti mərhələ haqqında düşünmək çox çətindir"

"Hapoel"ə böyük hesabla məğlub olan "Neftçi"nin məşqçisi Tərlan Əhmədov qarşılaşma barədə fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, kobud səhvlərə yol verdiklərini qeyd edib: "Belə məğlubiyyətdən sonra növbəti mərhələ haqqında düşünmək çox çətindir. Birinci hissədə qol vurmaq üçün şanslarımız oldu. İkinci hissədə isə çox kobud səhvlər etdik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Onlar yüksək səviyyədə oyun nümayiş etdirdilər. Təəssüf ki, eyni sözləri öz komandamız haqqında deyə bilməyəcəm. Cavab matçında imicimizi qorumaq üçün oynayacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə