Azərbaycan çempionu "Neftçi" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində səfərdə İsrailin "Hapoel" klubu ilə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, oyun komandamız üçün uğursuz alınıb. Belə ki, rəqib "Neftçi"yə 4 cavabsız qol vurub. İlk qolu "ağ-qaralar"ın qapısından oyunun 42-ci dəqiqəsində 11 mertlik cərimə zərbəsindən Barak Badaş keçirib. 10 dəqiqə sonra isə onun komanda yoldaşı Şimon Abihazira fərqi iki qola çatdırıb. Matçın 70 və 76-cı dəqiqələrində isə Brayan Gerziçiç fərqlənib.
"Hapoel" (Kiryat-Şmona, İsrail) - "Neftçi" (AZƏRBAYCAN) 4:0
Qollar: Barak Badaş 42 (p), Şimon Abihazira 52, Brayan Gerziçiç 70; 76
Hayfa. Kiryat Eliazer Stadium
Baş hakim: Alan Kelly
Baş hakimin köməkçiləri: Damien Macgraith, Marc Douglas
Dördüncü hakim: Graham Kelly
(Hakimlər briqadası İrlandiyadandır)
UEFA nümayəndəsi: Dusan Tittel (Slovakiya)
Hakim-inspektor: Ferenc Szekely (Macarıstan)
"HAPOEL": 13. Daniel Amos, 5. Şir Çedek, 10. Barak Badaş, 15. Elyad Qabay, 17. Sali Hassarami, 18. Brayan Gerziçiç, 19. Şimon Abihazira, 22. Darko Tasevski, 23. Adrian Rohet (k), 24. David Solari, 81. Duşan Matoviç
Ehtiyat oyunçular: 45. İtamar Niçan, 4. Ben Vaaba, 6. Ravid Qazal, 7. Ahmed Abed, 20. Lior Levi, 21. Elsan Tibi, 29. Laslo Lençe.
"NEFTÇİ": 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k), 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 8. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 7. Rodriqinyo, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB