Çimərlik futbolu üzrə Bakı şəhər açıq çempionatına yekun vurulub

Çimərlik futbolu üzrə Bakı şəhər açıq çempionatına yekun vurulub
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Azərbaycan Çimərlik Futbol Federasiyası və AFFA ilə birgə təşkil etdiyi çimərlik futbolu üzrə Bakı şəhər açıq çempionatına yekun vurulub. Siasport.az saytının məlumatına görə, \"Dalğa Arena\"nın çimərlik futbolu meydanında keçirilən çempionatda 12 komanda iştirak edib. III-IV yerlər uğrunda \"Bakı Fire\" və \"Okean\" komandaları arasında keçirilən oyunda 1:3 hesabı ilə \"Okean\" komandası qalib gəlib və III yeri tutub. I-II yerlər uğrunda "Xəzri" Buzovna və \"Bakı\" komandaları arasında keçirilən gərgin oyun 2:2 hesabı ilə başa çatdığına görə, qalib 9 metrəlik cərimə zərbələri ilə müəyyənləşdirilib. \"Bakı\" 5:6 hesabı ilə qalib gəlib.

Beləliklə, yarışda I yeri \"Bakı\", II yeri isə "Xəzri" Buzovna komandası tutub.
Yarışda I, II və III yerlərə layiq görülmüş komandaların üzvlərinə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və kubok, Çimərlik Futbolu Federasiyası tərəfindən isə pul mükafatları təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə