“Simurq”un əvəzediciləri qələbə qazanıb

“Simurq”un əvəzediciləri qələbə qazanıb

Yeni mövsümə hazırlıqları tamamlamaq üzrə olan \"Simurq\" Peşəkar Futbol Klubunun əvəzedici heyəti \"Rəvan\"la yoldaşlıq görüşü keçirib. Siasport.az saytının məlumatına görə, \"Şəfa\" stadionunun yardımçı meydançasında keçirilən matçda Rövşən Babayevin yetirmələri 3:2 hesabı ilə qələbə qazanıb. "Simurq"un qollarını Elçin Süleymanov, Ruhid Usubov və Arzuman Nəsibov vurub.

Qeyd edək ki, \"Simurq\"un əvəzedici heyəti yeni mövsümdə ilk oyununu avqustun 3-də keçirəcək. Zaqatala şəhər stadionunda baş tutacaq görüşdə Zaqatala təmsilçisi \"Qəbələ\"ni qonaq edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə