Türkiyə mətbuatı \"Simurq\" klubundan yazır

Türkiyə mətbuatı \"Simurq\" klubundan yazır

Xəbər verdiyimiz kimi, yeni mövsümə hazırlıq çərçivəsində iyulun 14-dən 28-nə kimi Avstriyada təlim-məşq toplanışında olan \"Simurq\" klubu son yoldaşlıq görüşündə Türkiyə Super Liqasında mübarizə aparan \"Qaziantepspor\" klubu ilə qarşı-qarşıya gəlib. Siasport.az saytının məlumatına görə, qolsuz bərabərliklə bitən matça qardaş ölkə mətbuatda geniş yer ayrılıb. Belə ki, yerli Olaymedya xəbər portalı "Simurqu geçemedik" başlıqlı yazısında oyun haqqında qısa məlumat verib. Teleqraf agentliyi isə "Hocalardan dostluq görüntüləri", "Tatsız tutsuz bir maç" sərlövhəli xəbərlərində qarşılaşmadan öncə hər iki baş məşqçinin dostluq görüntüləri sərgiləyərək bir-birlərinə uğurlar diləməsi və matçın şərhinə yer ayırıb. Yoldaşlıq görüşü haqqında ən geniş reportaj isə "Gaziantepgüneş\" qəzetində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə