"Neftçi" PFK-nın komanda direktoru Güloğlan Cabbarov "Hapoel"lə oyun öncəsi fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, G.Cabarov "Neftçi"nin tarix yazmağa yaxın olduğunu qeyd edib: "Azərbaycan futbolu üçün tarixi nəticənin astanasındayıq. Tarix yazmaq üçün əlimizdə gözəl şans var. Futbolçularımız da bunun məsuliyyətini yaxşı anlayırlar. Komandamızın düşərgəsindəki ab-havaya da söz ola bilməz. Düzdür, İsrail təmsiliçilərinə qarşı komandalarımızın oyunu həmişə çətin olub. Buna baxmayaraq, "Neftçi" "Hapoel" Kiryat-Şmona ilə oyuna tam hazırdır. Əminliklə deyirəm ki, "Neftçi" İsrailə yalnız qələbə qazanmaq üçün gedir. Hər iki oyunda qalib gəlib, tarix yazacağımıza inanıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB