Elşad Əhmədov: "Aşağı yaş qrupu komandalarından 4 futbolçunu əvəzedici heyətə götürdük"
"Neftçi" PFK-nın əvəzedici heyətinin baş məşqçisi Elşad Əhmədov Gürcüstan hazırlığının yekunu barədə danışıb. Siasport.az saytının məlumatına görə, o, heyətə yeni futbolçular cəlb etdiklərini bildirib: "Gürcüstanda 15 günlük hazırlığımız oldu. Bu vaxt ərzində məşqlərlə yanaşı, 3 yoxlama matçı keçirdik. Düşərgəmizdə olan 29 futbolçunun bu qarşılaşmalarda meydana çıxmaq şansı oldu. Aşağı yaş qrupu komandalarından 4 futbolçunu əvəzedici heyətə götürdük. Bu gənclərin hər birinin böyük potensialı var və biz çalışacağıq ki, onların inkişafına təkan verək. Hazırlığımız üçün Gürcüstanda yaradılan şəraitə görə klub prezidenti Sadıq Sadıqova təşəkkürümü bildirmək istərdim. Biz də məşqçilər heyəti olaraq çalışırıq ki, bu etimadı doğruldaq və əsas komandaya layiqli futbolçular verək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB