\"Əgər gürcüləri keçmişiksə, israillilərin də öhdəsindən gələ bilərik\"
Neftçi" klubunun kapitanı Rail Məlikov avqustun 1-də Çempionlar
Liqasında İsraildə "Hapoel"ə qarşı keçiriləcək oyun ərəfəsində Qol.Az
saytının suallarını cavablandırıb. Siasport.az saytı olaraq, müsahibənin oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq olduğu kimi təqdim edirik.
- "Hapoel"lə oyuna hazırlıq necə gedir?
- Matçın məsuliyyətini yaxşı anlayırıq. Hazırlıq yüksək səviyyədədir. Mərhələ adlayacağımıza ümimiz böyükdür. Bu gün Bakıda sonuncu məşqə çıxdıq. Sabahkı məşq İsraildə baş tutacaq.
- Heyətdə zədəli futbolçu varmı?
- Yalnız yüngül zədələrdir. Onları da həkimlərimiz aradan qaldırırlar. Komanda tam olaraq oyuna hazırdır.
- Bir kapitan kimi "Hapoel" (İroni Kryat) haqda nə
düşünürsən? Bilirsən ki, israillilər avrokubok təcrübəsi olan Slovakiya
"Jlina"sını mərhələdən uzaqlaşdırıblar.
- Düzdü, İsrail
komandalarıyla görüşlərdə bizim klublarımızın oyunu alınmır. Amma bu
dəfə çalışacağıq, bu sindromu qıraq. Bunun üçün əlimizdən gələni
edəcəyik. Əgər gürcüləri keçmişiksə, israillilərin də öhdəsindən gələ
bilərik.
- Rəqibin oyununu yaxşıca analiz edə bilmisinizmi? İsrail klubu daha çox nədə üstün hesab edilir.
- Rəqibin güclü və zəif tərəflərini bilirik. "Hapoel" səfər deyil, ev komandasıdır. Doğma meydanda daha çox pressinq edir, hücumları kəskin olur. Evdə onlar çox güclüdürlər.
- Onda belə çıxır ki, səfər matçında daha çox müdafiə və əks-hücum taktikasına üstünlük verəcəksiniz?
- Bunu məşqçimiz müəyyənləşdirəcək. Səfərdə güclü komandaya qarşı hücum futbolu oynamamalıyıq. Çox diqqətli olmaq və çalışıb qol vurmaq lazımdır.
- Bəs, şanslarınızı necə dəyərləndirirsən?- Səfər matçında şanlar əlinin-əlliyədir. Mütləq qol vurmalıyıq. Çünki səfər oyununda bir qol ikiyə bərabərdir.
Əli HƏYATİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB