Londonda Yay Olimpiadasının ilk günləri Azərbaycan idmançıları üçün o qədər də yaddaqalan olmayıb. Siasport.az saytının məlumatına görə, yalnız bir idmançımız vətənə medal qazandırıb. Belə ki, ağırlıqqaldırma idman növündə 56 kq çəki dərəcəsində mübarizə aparan Valentin Xristov bürünc medal qazanıb. Olimpiadanın 2 günü ərzində 10 idmançımız yarışıb. Həmin 10 idmançının hazırki vəziyyəti ilə tanış olaq:
Cüdo:
Tərlan Kərimov: 7-ci yer.
İlqar Müşkiyev: İlk qarşılaşmada mübarizəni dayandırıb.
İdman gimnastikası:
Şakir Şıxəliyev: 40-cı yer.
Akademik avarçəkmə:
Natalya Mustafayeva və Aleksandr Aleksandrov (2000 m)- hər iki idmançımız ¼ finala yüksəlib.
Boks:
Soltan Migitinov: 1/8 finala vəsiqə qazanıb.
Ağırlıqqaldırma:
Valentin Xristov: Bürünc medal.
Üzgüçülük:
Oksana Hətəmxanova: 46 idmançı arasında 44-cü yer (brass 100 m).
Velosiped idmanı:
Yelena Çalıx: Finiş xəttinə çatmayıb (şosse yürüşü).
Atıcılıq:
İradə Aşumova: 39-cu yer (10m).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB