Azərbaycan yığması Palanqa turnirində iştirak edəcək

Azərbaycan yığması Palanqa turnirində iştirak edəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması avqustun 21-dən 26-a qədər Litvanın Palanqa şəhərində təşkil olunacaq ənənəvi beynəlxalq turnirdə iştirak edəcək. Siasport.az saytının məlumatına görə, turnirdə 6 komanda mübarizə aparacaq və komandalar 2 qrupda yer alacaq. Püşkatamaya əsasən komandalar aşağıdakı kimi qruplaşdırılıb:

A qrupu:Litva, Gürcüstan, Almaniya Region Yığması

B qrupu:Latviya, Azərbaycan, Belarus

21 avqust

15:30. Latviya - Azərbaycan

17:15. Açılış mərasimi

18:00. Gürcüstan - Litva

23 avqust

15:30. Belarus - Latviya

18:00. Litva - Almaniya Region Yığması

25 avqust

15:30. Azərbaycan - Belarus

18:00. Almaniya Region Yığması - Gürcüstan

26 avqust

11:00. A3 - B3

13:00. A2 - B2

15:00.Final

16:45. Bağlanış mərasimi.

Qeyd edək ki, qarşılaşmaların başlanma saatı yerli vaxtla göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə