XXX London Yay Olimpiya Oyunlarında yeni dünya rekordu qırılıb. Qol.Az-ın məlumatına görə, 16 yaşlı çinli üzgüçü Ye Şiven 400 metr məsafəyə fərdi yürüşdə bütün rəqiblərini qabaqlayaraq birinci olub.
Şiven 4,28.43 dəqiqə ilə qızıl medala yiyələnməklə yanaşı yeni dünya rekordunu müəyyənləşdirib. Daha öncəki rekord isə "Pekin-2008"də 4,29.45 dəqiqəlik nəticə göstərən avstraliyalı üzgüçü Stefan Raysa məxsus idi.
Qeyd edək ki, yarışda amerikalı Elizabet Beysel 4,31.27 dəqiqə ilə ikinci, çinli Li Xuanxu isə 4,32.91-lik nəticə ilə üçüncü olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB