Xristov Yay Olimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırdı

Xristov Yay Olimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırdı

Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında ağır atletlərimiz mübarizəyə qoşulub. Siasport.az saytının məlumatına görə, ilk olaraq körpücük üzərinə Valentin Xristov çıxıb. 56 kq çəki dərəcəsində mübarizə aparan gənc atletimiz uğurla çıxış edərək adını idman tariximizə yazdırıb. O, bürünc medala sahib çıxaraq müstəqil Azərbaycan Respublikası tarixində ağır atletlər arasında Olimpiya medalı qazanan ilk idmançı olub. Toplamda 286 kq-lıq nəticə ona bu möhtəşəm nailiyyəti əldə etmək imkanı yaradıb.

Valentin birdən qaldırma hərəkətində əvvəlcə 123, sonra isə 127 kq-ı başı üzərinə qaldırıb. Üçüncü cəhdində sifariş verdiyi 130 kq-ı ram edə bilmədiyindən idmançımız bu hərəkətdə 4-cü pillədə qərarlaşıb.

Təkanla qaldırma hərəkəti təmsilçimiz üçün daha uğurlu alınıb. Gənc atletimiz əvvəlcə 154 kq-ı rahat qaldırıb. Daha sonra 158 kq-a gücü çatmayan Xristov, ruhdan düşməyib və 159 kq sifariş verib. Bu çəkini qaldırmağı bacaran 18 yaşlı idmançımız bürünc medala layiq görülüb. Onun toplamda əldə etdiyi 286 kq-lıq nəticə, Azərbaycanın ağır atletikasında yeni bir tarixin yazılması deməkdir.

Adı

Çəkisi

Təkanla qaldırma

Nəticə

-

Birdən qaldırma

Nəticə

Toplam çəki

Tutduğu yer

Valentin Xristov

56 kq

123

127

130

127

154

158

159

159

286

3

Bütün xəbərlər Facebook səhifəmizdə