Yay Olimpiya Oyunlarında Azərbaycanın güllə atıcısı İradə Aşumova bu gün mübarizəyə başlayıb. Siasport.az saytının məlumatına görə, 10 m məsafəyə atəş açmaq üzrə yarışlarda 54 yaşlı idmançımız 4 atışdan 372 xal toplayıb və 39-cu yeri tutub. 55 snayperin mübarizə apardığı yarışda finala ən yaxşı nəticə göstərən 8 idmançı çıxıb.
Nəzərinizə çatdıraq ki, İ.Aşumova avqustun 1-də 25 m məsafəyə atəşaçma yarışlarında mübarizə aparacaq.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB