İdmançımız finiş xəttinə çata bilmədi

İdmançımız finiş xəttinə çata bilmədi
Bu gün London Yay Olimpiya Oyunlarında Azərbaycan təmsilçisi Yelena Çalıx veloşosse yarışlarına qatılıb. Siasport.az saytının məlumatına görə, idmançımızın start nömrəsi 60 olub. 38 yaşlı Yelena finiş xəttinə çata bilməyib. 66 idmançıdan 61-i finiş xəttinə qədər irəliləyib.

İdmançımız avqustun 1-də fərdi yarışlarda mübarizə aparacaq.

Nəzərinizə çatdıraq ki, Azərbaycan ilk dəfədir ki, bu idman növündə təmsil olunur.


Bütün xəbərlər Facebook səhifəmizdə