Bu gün London Yay Olimpiya Oyunlarında üzgüçülük yarışlarına Azərbaycan idmançısı Oksana Hətəmxanova qatılıb. Siasport.az saytının məlumatına görə, idmançımız debütdə uğursuz olub. Belə ki, 100 m məsafəyə üzmək üzrə yarışda iştirak edən Hətəmxanova təsnifat mərhələsinin 1-ci qrupunda mübarizə aparıb. O, 6-cı xəttə üzüb. İdmançının göstəricisi 1.25,52 olub. Hətəmxanova 46 idmançı arasında 44-cü nəticəni göstərib. Yarımfinala isə ən yaxşı nəticə göstərən 16 idmançı çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB