Azərbaycan cüdoçusu Tərlan Kərimov yarımfinala vəsiqə uğrunda ispaniyalı Suqoi Uriarteni ilə görüşüb. Lakin döyüş cüdoçumuz üçün uğurlu alınmayıb. Bundan öncə 2 yuko ilə qalib gələn Tərlan bu dəfə özü eynihesabla uduzub.
Buna baxmayaraq, o yarışda mübarizəni davam etdirəcək. Təmsilçimiz çempionluqla vidalaşsa da, bürünc medal qazanmaq üçün təsəlliverici görüşlərdə qüvvəsini sınayacaq.
Tərlanın 3-cü yer uğrunda ilk rəqibi Pavel Zaqrodnik (Polşa) olacaq. Görüş saat 18:28-də başlayacaq.
Qeyd edək ki, olimpiadaya 8 cüdoçu ilə yollanan yığmamızın heyətində hələlik İlqar Müşkiyev (60 kq) çıxışını başa vurub. O, ilk görüşündəcə uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB