Tərlan Kərimov misirli cüdoçunu da məğlub etdi - YENİLƏNİB

Tərlan Kərimov misirli cüdoçunu da məğlub etdi - YENİLƏNİB

Bu gün XXX London Yay Olimpiadasında cüdo yarışları davam edib. Turnirin II günündə azərbaycanlı cüdoçusu Tərlan Kərimov tatami üzərinə çıxıb. İdmançımız 1/16 finalda əlavə vaxtda rusiyalı Musa Moquşkov üzərində qələbə qazanıb.


Qeyd edək ki, olimpiadaya 8 cüdoçu ilə yollanan yığmamızın heyətində hələlik İlqar Müşkiyev (60 kq) çıxışını başa vurub. O, ilk görüşündəcə uduzub.


Tərlan Kərimov 1/8 finalda misirli Əhməd Avad (Misir) ilə görüşüb. Həmyerlimiz bu rəqibinə də heç bir şans verməyərək 2 yuko xalı ilə qalib gəlib və 1/4 finala vəsiqə qazanıb.


Kərimov yarımfinala vəsiqə uğrunda ispaniyalı Qonzales Qarsianı tatamiyə dəvət edəcək.


Qeyd edək ki, Tərlan Kərimov öz çəkisində 8 ən güclü cüdoçu sırasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə