Bu gün digər akademik avarçəkənimiz Nataliya Mustafayeva da qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) yarışıb.
Bu qayıq tipində 28 avarçəkən 5 seçmə qrupa bölünüb. 3 seçmə qrupda 6, 2-də isə 5 idmançı yer alıb. 27 yaşlı təmsilçimiz də 6 nəfərlik qrupa düşüb. Rəqiblər Kamila Varqas Palomo (Salvador), Kim Krou (Avstraliya), Mayçin Tornikroft (Zimbabve), Yariulvis Kobas (Kuba) və Yeji Kim (Cənubi Koreya) olub.
N. Mustafayeva 2000 metr məsafəyə seçmə yürüş nəticəsində qrupda 7:46.01 nəticə göstərərək ikinci yeri tutub. Beləliklə, qadın avarçəkənimiz də ¼ final mərhələsinə yüksəlib.
Qeyd edək ki, qadın idmançıların qrupunda ilk 4 yeri tutanlar ¼ finala, qalanlar isə təsəlli yürüşünə vəsiqə qazanırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB