Böyükağa Hacıyev \"Neftçi\"nin İsraildən uğurlu nəticə ilə qayıdacağına inanır

Böyükağa Hacıyev \"Neftçi\"nin İsraildən uğurlu nəticə ilə qayıdacağına inanır

Hazırda səhhətində ciddi problemlər olan və Rusiya paytaxtında müalicə olunan \"Neftçi\" klubunun baş məşqçisi Böyükağa Hacıyev, klubun rəsmi saytına açıqlama verib. Siasport.az saytı xəbər verir ki, hazırda müalicəsini Rusiya paytaxtı Moskvada davam etdirən B.Hacıyev klubun rəsmi saytına açıqlamasında \"Neftçi\"nin İsraildən də uğurlu nəticə ilə qayıdacağına inandığını bildirib: \"Çempionlar Liqasındakı uğurlu çıxışımız məni çox sevindirdi. \"Zestafoni\" ilə oyundan sonra klub prezidenti Sadıq Sadıqov bu qələbəni mənə həsr etdiklərini demişdi. Belə diqqət və qayğını hiss etmək qürurvericidir. \"Neftçi\" ailəsinin bir üzvü olduğum üçün özümü xoşbəxt hesab edirəm. Özüm burda olsam da, ürəyim komandanın yanındadı. İnanıram ki, \"Neftçi\" İsraildən də uğurlu nəticə ilə qayıdacaq. Azarkeşlərimizi, bütün Azərbaycan futbolsevərlərini komandamıza dəstək olmağa çağırıram\".

Bütün xəbərlər Facebook səhifəmizdə