Çimərlik voleybolu üzrə Azərbaycan Birinciliyinin qalibləri müəyyən oldu

Çimərlik voleybolu üzrə Azərbaycan Birinciliyinin qalibləri müəyyən oldu

Xəbər verdiyimiz kimi, oğlanlar və qızlar arasında keçirilən çimərlik voleybolu üzrə Azərbaycan Birinciliyinə yekun vurulub. Voleybol Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, kişilər arasında keçirilən yarışda 1-ci yerə "Neftçi", 2-ci yerə "Sərhədçi", 3-cü yerə isə AZTU komandası layiq görülüb.

Qızlar arasında isə birinciliyin qalibləri belə olub:

1-ci yer: "Azeryolservis"

2-ci yer: "Azerreyl 2"

3-cü yer: "Azerreyl 3"

Bütün xəbərlər Facebook səhifəmizdə