Andrey Şevçenko futbol ilə vidalaşdı!

Andrey Şevçenko futbol ilə vidalaşdı!
Ukrayna futbolunun canlı əfsanəsi sayılan Andrey Şevçenko futbolla vidalaşdığını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, bu barədə A.Şevçenkonun çıxış etdiyi Kiyev "Dinamo"sunun rəsmi internet səhifəsi də məlumat yayıb. Klubun rəsmi məlumatına əsasən, 35 yaşlı ulduz futbolçu futbolu buraxmaq qərarına gəlib və "Dinamo" ilə yollarını ayırıb. 2004-cü ildə "qızı top"un sahibi olan A.Şevçenko, İtaliyanın "Milan" və İngiltərənin "Çelsi" klublarında çıxış edib. Məşhur futbolçu, Ukrayna mətbuatına açıqlamasında bildirib ki, o gələcək illər üçün siyasətlə məşğul olmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə