\"İnter\" \"Bakı\"nı məğlub etdi

\"İnter\" \"Bakı\"nı məğlub etdi

\"İnter\"in əvəzedici heyəti növbəti mövsümə hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, bu gün Tofiq Mustafayevin yetirmələri təlim-məşq prosesi çərçivəsində son yoxlama matçını keçiriblər. Bakı futbol klubunun bazasında baş tutan qarşılaşmada komanda \"Bakı\"nı 1:2 hesabıyla məğlub edib. \"İnter\"in hər iki qolunu yeni oyunçu Zeynal Hacıyev vurub.

Əlavə edək ki, Z.Hacıyev Qusar futbol bölməsinin yetirməsidir.


Bütün xəbərlər Facebook səhifəmizdə