Elşad Əhmədov: "Çalışırıq ki, gələcəkdə əsas komandaya daha güclü futbolçular verək"

Elşad Əhmədov: "Çalışırıq ki, gələcəkdə əsas komandaya daha güclü futbolçular verək"
"Neftçi" PFK-nın əvəzedici komandasının baş məşqçisi Elşad Əhmədov Gürcüstanda keçirilən hazırlıqla bağlı danışıb. Siasport.az saytının məlumatına görə, o, məşqlər barədə ətraflı məlumat verib: "İyulun 16-dan Gürcüstanın Kobuleti şəhərində məskunlaşmışıq. Hazırlıq planına əsasən gündə iki məşqimiz olur. Bu müddət ərzində iki yoxlama oyunu da keçirmişik. Sabah daha bir sınaq görüşümüz olacaq. Rəqibimiz "Dinamo" Batumi klubunun əvəzedici heyətidir. Yoxlama oyunlarında bütün futbolçulara şans veririk. Hazırlığa aşağı yaş qruplarından da futbolçular cəlb etmişik. Məqsədimiz budur ki, gənc futbolçular təcrübə qazansınlar və daha erkən yaşlarında əsas komandanın üzvünə çevrilsinlər. Yüksək səviyyədə hazırlıq keçməyimiz üçün klub rəhbərliyi tərəfindən hər bir şərait yaradılıb. Biz də öz növbəmizdə çalışırıq ki, gələcəkdə əsas komandaya daha güclü futbolçular verək".

Bütün xəbərlər Facebook səhifəmizdə