Azərbaycan prezidenti və xanımı Olimpiadanın rəsmi açılışında iştirak ediblər
İdman dünyasının ürəyi bu gündən etibarən İngiltərənin paytaxtı Londonda döyünməyə başlayıb. Siasport.az saytının məlumatına görə, artıq 2012-ci il London Yay Olimpiadasına rəsmi olaraq start verilib. Möhtəşəm açılış gecəsində 53 idmançı ilə təmsil olunan Azərbaycanın bayraqdarı Elnur Məmmədli olub.
Məlumat üçün bildirək ki, Olimpiya Parkında keçirilən açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Amerika, Almaniya, Rusiya, Braziliya, Fransa, İtaliya, Ermənistan və s. ölkələrin dövlət başçıları iştirak edib.
Qeyd edək ki, 17 gün ərzində davam edəcək Olimpiadada 10 mindən çox idmançı medal üçün yarışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB