Bu il sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatında iştirak edəcək Kanada və Çin yığmaları çempionat öncəsi Bakıya gələcək. Siasport.az saytının məlumatına görə, turnirə hazırlıq məqsədilə Kanada və Çinin qadın futbolçulardan ibarət yığma komandaları Bakıda yoldaşlıq oyunu keçirmək arzusunda olduqları ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına müraciət edib. Belə ki, sentyabrın 17-də Bakı şəhərində 17 yaşadək qızlardan ibarət Kanada və Çin yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Xatırladaq ki, Kanada yığması DÇ-2012-də yığmamızla bərabər A qrupunda, Çin komandası isə D qrupunda mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB