Hər kəs bu futbolçudan danışır- VİDEO

Hər kəs bu futbolçudan danışır- VİDEO
Bir oyunda 2 dəfə cərimə zərbəsindən mükəmməl qol vuraraq manşetlərə adını yazdırıb. Siasport.az saytının verdiyi məlumata görə, \"Heidenheim\" - \"Karlsruhe\" klublarının qarşılaşmasında türkiyəli futbolçu Hakan Çalhanoğlu 2 dəfə cərimə zərbəsindən möhtəşəm qola imza atıb.

2:2 hesabı ilə heç-heçə sona çatan qarşılaşmada vurduğu gözəl qollarla oyunun qəhramanına çevrilib. Hakanın nümayiş etdirdiyi gözəl oyunu, texnikası və bacarığı portuqaliyalı ulduz Kristiano Ronaldonu xatırladıb.

Qeyd edək ki, \"Karlsruhe\" klubunda forma geyinən türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlu 1994-cü ildə Almaniyanın Manheim şəhərində dünyaya gəlib.


Bütün xəbərlər Facebook səhifəmizdə