"Rəvan" 3 legioner transfer edir

"Rəvan" 3 legionerin xidmətində maraqlıdır. Siasport.az saytının məlumatına görə, komandanın düşərgəsində baxışda olan polşalı qapıçı Lukas Sapelo, moldovalı müdafiəçi Nikolay Orlovski və sierra-leoneli hücumçu Salliu Bundu baş məşqçi Cavad Güləri oyunları ilə razı salıblar. Hazırda Türkiyədə olan mütəxəssis Azərbaycana gələndən sonra həmin futbolçularla klub arasında rəsmi müqavilə imzalanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə