2012/2013 mövsümü üçün hazırlığını Türkiyədə davam etdirən \"Sumqayıt\" Futbol Klubu sabah növbəti yoxlama oyununa çıxacaq. Siasport.az saytının məlumatına görə, komandanın rəqibi növbəti mövsümdən Bank Asiya 1-ci liqada mübarizə aparacaq \"1461 Trabzon\" klubu olacaq. Bernhard Raabın rəhbərliyi altında "Sumqayıt" bu gün səhər saatlarında \"Avrasiya\" otelinin stadionunda məşqə çıxıb. Daha çox taktiki hazırlıq üzərində çalışan \"Sumqayıt\" FK-nun heyətində zədəli futbolçular var. Xəstə olduğu üçün Orxan Əliyev və \"Kayseri Erciyesspor\"la keçirilmiş (2:2) yoxlama oyununda zədələnən Uğur Pamuk bugünki məşqdə iştirak etməyib. Zədəsini sağaldan Taner Taktak isə artıq komanda ilə birlikdə çalışmalara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB