Azərbaycan Olimpiya yığma komandasının forması Londonda satışa çıxarılıb
Azərbaycan Olimpiya yığma komandasının London Yay Olimpiya Oyunları üçün hazırlanmış forması London şəhərində satışa çıxarılıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məşhur İtaliya firması "Ermanno Scervino" tərəfindən hazırlanan formalar Londonun Long street küçəsində yerləşən firmanın eyniadlı mağazasında satılır. Firmanın menecerinin verdiyi məlumata görə, iki gündür satışa başlamalarına baxmayaraq artıq bir neçə dəst satılıb.
Qeyd edək ki, formanın sayı məhduddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB