Azərbaycan - Bəhreyn oyununun biletləri neçəyədir?

Azərbaycan - Bəhreyn oyununun biletləri neçəyədir?
Avqustun 15-də, saat 21:00-da, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Bəhreyn yoldaşlıq oyununun biletləri iyulun 26-dan etibarən satışa çıxarılıb. Siasport.az saytının məlumatına görə, biletləri "Park Bulvar" alış-veriş mərkəzində və "Metro Park" ticarət və əyləncə mərkəzində fəaliyyət göstərən satış nöqtələrindən əldə etmək mümkündür.

"Dalğa Arena"nın kassalarında biletlər oyun günü satılacaq.


Biletlərin qiyməti aşağıdakı kimidir:

VIP - 20 AZN

1-ci kateqoriya - 5 AZN

2-ci kateqoriya - 3 AZN

3-cü kateqoriya - 1 AZN

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com