Süleyman Tağıyev mətbuatda yayılan xəbərlərə aydınlıq gətirdi

Süleyman Tağıyev mətbuatda yayılan xəbərlərə aydınlıq gətirdi

Azərbaycan Premyer Liqasında yeni mövsümün başlamasına az bir vaxt qalmış komandalar hazırlıqlarını yekunlaşdırmağa başlayıb. Siasport.az saytının məlumatına görə, \"Turan\"ın mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevin sözlərinə görə, Tovuz təmsilçisi heyətini formalaşdırmağa davam edir: "Komanda gündə iki dəfə, əsasən, səhər fiziki, axşam isə topla məşq edir. Ancaq yoxlama oyunları keçirməkdə problemlər yaşayırıq. İndiyə kimi yalnız "Göyəzən"lə yoxlama oyunu keçirsək də başqa rəqib tapa bilmirik, vaxt da az qalıb\".

Qeyd edək ki, Tağıyev mətbuatda klub haqqında gedən xəbərlərə də aydınlıq gətirib: "Mətbuatda yoxlama oyunu üçün Bakıya yollanacağımızla bağlı məlumatlar yer alsa da bu doğru deyil. Bizə yaxın olan "Şəmkir" və "Karvan"la da yoxlama oyunu keçirə bilmirik. Bunun səbəbi isə həmin komandaların hələ yığılmamasıdır. Bütün bunlara baxmayaraq "Turan" hazırlıqlarını davam etdirir. Heyətdəki boşluqları doldurmaq üçün bir neçə futbolçu baxışdadır. Hazırda Murad Ağakişiyev, Elhad Əhmədov, Hüseyn İsgəndərov, Viktor Qonta, İvan Dragoviç, Antonio Rukovin, Bayram Kərimov məşqçilər korpusu tərəfindən dəyərləndirilir. Ancaq onlar haqqında hələ yekun qərar verilməyib. Lazım bilinən futbolçularla yaxın günlərdə müqavilə bağlanacaq. Komandanın çox gec yığılmasına, futbolçu tapmaqda çətinliklərlə qarşılaşmağımıza baxmayaraq inanıram ki, yeni mövsümdə fərqli "Turan" görəcəyik. Ən azı hər şey ötən mövsümdəkindən yaxşı olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə