2012/2013 mövsümü üçün hazırlığını Türkiyədə davam etdirən \"Sumqayıt\" Futbol Klubu qardaş ölkədə növbəti yoxlama oyununu keçirib. Siasport.az saytının məlumatına görə, Rəqib \"Kayserispor\"un A2 komandası olub. Türkiyə təmsilçisindən üstün oyun nümayiş etdirən Bernhard Raabın komandası 6:0 hesabı ilə böyükhesablı qələbə qazanıb.
Qeyd edək ki, rəqibin heyətində \"Kayserispor\"un əsas komandasının 3 üzvü də iştirak edib. Sabir Allahquliyev və Ruslan Qurbanovun dubl etdiyi görüşdə Slavik Alxasov və Pərdis Fərcad-Azad hərəyə bir dəfə fərqlənib.
Xatırladaq ki, \"Sumqayıt\" Futbol Klubu növbəti yoxlama oyununu iyulun 28-də \"1461 Trabzon\"a qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB