“Simurq” Avstriyada son yoxlama oyununa çıxacaq

“Simurq” Avstriyada son yoxlama oyununa çıxacaq

2012/13-cü il mövsümünə hazırlıq çərçivəsində Avstriyada təlim-məşq toplanışında olan \"Simurq\" Peşəkar Futbol Klubu hazırlıqları tamamlamaq üzrədir. Siasport.az saytının məlumatına görə, bu gün son məşqinə çıxan Zaqatala təmsilçisi səhər idmanına isinmə və qısa ötürmələrdən ibarət çalışma ilə başlayıb. Daha sonra isə baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında taktiki tapşırıqları yerinə yetirilib. Komandamızın axşam məşqidə qısa isinmə hərəkətlərindən sonra futbolçular fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında hazırlığı davam etdirib. Sonda isə ikitərli oyunla məşq tamamlanıb. Bu günkü hazırlıq da klub rəhbərliyi tərəfindən izlənilib.

Qeyd edək ki, \"Simurq\" Peşəkar Futbol Klubu sabah Avstriyada sonuncu yoldaşlıq görüşünə çıxacaq. Əvvəlcədən komandamızın rəqibinin \"Kayserispor\" olacağı bildirilsə də, təşkilatçılar tərəfindən proqramda dəyişiklik edilib. Belə ki, sarı-qaralar sabah Bakı vaxtı ilə 20:00-da başqa Super Liq təmsilçisi \"Qaziantepspor\"la üz-üzə gələcək. Bu matçla \"Simurq\" Avstriyadakı təlim-məşq toplanışın başa vuracaq və bir gün sonra ölkəyə qayıdacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə