Olimpadada futbol həyəcanına start verilib

Olimpadada futbol həyəcanına start verilib

London Yay Olimpiya Oyunlarında qadınların ardınca kişilər arasında da futbol yarışlarına başlanılıb. Siasport.az saytının məlumatına görə, ötən gecə 4 qrupda 8 oyun baş tutub. Braziliya millisi Misiri məğlub edib. Braziliyalılar ilk yarıda 3 top fərqi ilə üstünlük əldə etsələr də, ikinci hissədə rəqibə 2 qol verərək 3:2 hesabla qələbəyə imza atıblar.

Yaponiya Olimpiadanın favorit milli komandası olan İspaniyanı 1:0 hesabı ilə məğlub edib. Olimpiadaya ev sahibliyi edən Böyük Britaniya yığması isə Seneqalla heç-heçə edib.

1-ci tur

A qrupu

BƏƏ – Uruqvay - 1:2

Böyük Britaniya – Seneqal - 1:1

B qrupu

Meksika - Cənubi Koreya - 0:0

Qabon– İsveçrə - 1:1

C qrupu

Braziliya – Misir - 3:2

Belarus - Yeni Zellandiya - 1:0

D qrupu

Honduras – Mərakeş - 2:2

İspaniya – Yaponiya - 0:1

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə