Xəbər verdiyimiz kimi, Sloveniyada təlim-məşq prosesini yekunlaşdıran \"Qəbələ\" hazırlıq çərçivəsində sonuncu - beşinci yoxlama oyununu keçirib. Siasport.az saytının məlumatına görə, Azərbaycan klubu Türkiyə təmsilçisi \"Mersin İdman Yurdu" ilə üz-üzə gəlib. \"Qəbələ\" qarşılaşmada aşağıdakı heyətlə mübarizə aparıb:
Dieqo Koşta Silva, Ürfan Abbasov, Nodar Məmmədov, Deyan Kelhar, Omar Kalabane, Vurğun Hüseynov (Viktor Mendi), Rəşad Abdullayev, Elmar Baxşıyev (Bruno da Silva), Aleksandr Çertoqanov, Luis Hilario Dodo , Yannik Kamanan (Daniel Kruz).
Matç tərəflərin bərabər mübarizəsi şəraitində start götürüb. İlk hissədə "Qəbələ" bir neçə əlverişli qol epizodu yaratsa da, istəyinə çata bilməyib. Əvəzində rəqib hesabı öz xeyrinə dəyişə bilib və komandalar fasiləyə "Mersin İdman Yurdu"nun üstünlüyü ilə yollanıb.
İkinci hissə də eyni ssenari üzrə davam edib. 45 dəqiqə ərzində hər iki tərəfin fərqlənmək imkanları olsa da, hissə əsasən iki penalti zərbəsi ilə yadda qalıb. İkinci yarının əvvələrində Türkiyə təmsilçisi 11 metrlik zərbə vurmaq hüququ qazanıb və hesab arasındaki fərqi artırıb. 75-ci dəqiqədə isə Mendiyə qarşıya cərimə meydançası daxilində kobudluq hakimin penalti nöqtəsini göstərməsi ilə nəticələnib. Topa yaxınlaşan Dodo qapıçı səddini aşa bilməyib. Beləliklə, "Qəbələ" Sloveniyadakı təlim-məşq çərçivəsində keçirdiyi son oyununu 2:0-lıq məğlubiyyətlə yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB