"Lex Poznan" – "Xəzər Lənkəran" oyunundan sonra keçirilən mətbuat konfransında cənub təmsilçisinin baş məşqçisi Yunis Hüseynov matç haqqında fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, qarşılaşmanın çətin keçdiyini qeyd edib: "Çox çətin oyun alındı. Təəssüf ki, Lənkəranda olduğu kimi, bu dəfə də bəxt daha çox rəqibin üzünə güldü. Futbolçularımız bu gün daha yaxşı tərəf idi. Lakin ilk hissədə vurulan qol oyunun taleyini həll etdi. "Lex"ə gələcək oyunlarda uğurlar arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB