London Yay Olimpiya Oyunlarının ilk günü qalmaqalla başlayıb. Qadın futbolçuların turnirində xoşagəlməz hal yaşanıb. Şimali Koreya milli komandasının oyunçuları Kolumbiya yığması ilə matça çıxmaqdan imtina edib. Buna səbəb oyundan əvvəl britaniyalıların Şimali Koreya ilə Cənubi Koreya bayrağını səhv salması olub. Arenadakı böyük ekranda Şimali Koreya yığmasının bir neçə futbolçusunun portretinin yanında Cənubi Koreya bayrağı nümayiş etdirilib. Buna görə futbolçular meydana çıxmaqdan imtina edib.
Şimali Koreyanın məşqçisi Sin Ui Qan deyib ki, bu məsələ öz həllini tapmayana qədər komanda oyuna çıxmayacaq. London 2012-nin mətbuat katibi Andi Mitçell bildirib ki, bu bir anlaşılmazlıq olub və buna görə üzr istəniləcək. Nəzərdə tutulan vaxtdan bir saat gec başlayan görüş elə Şimali Koreyanın 2-0 hesablı qələbəsi ilə nəticələnib. Böyük Britaniya Yeni Zellandiyanı, Yaponiya Kolumbiyanı, İsveç Cənubi Afrikanı, braziliyalı xanımlar isə Kamerunu məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB