Tonev \"Xəzər Lənkəran\"ı Avropa Liqası \"yuxusu\"ndan oyandırdı

Tonev \"Xəzər Lənkəran\"ı Avropa Liqası \"yuxusu\"ndan oyandırdı

Xəbər verdiyimiz kimi, Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları baş tutub. Ölkəmizi təmsil edən \"Xəzər Lənkəran\" səfərdə Polşanın \"Lex\" klubu ilə qarşılaşıb. İlk oyunda Lənkəranda 1:1 hesablı heç-heçəyə nail olan cənub təmsilçisi cavab matçında məğlubiyyətlə barışmalı olub. Belə ki, qarşılaşmasnın 15-ci dəqiqəsində rəqib oyunçu Tonevin vurduğu qol matçın və \"Xəzər Lənkəran\"ın Avropa Liqasında taleyini həll edib. \"Lex\" klubu 1:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə adlayıb. \"Xəzər Lənkəran\"ın isə Avropa Liqası macərası başa çatıb.

Xatırladaq ki, cənub təmsilçisi ilk mərhələdə Estoniya "Nomme Kalyu"sunu 2:2 və 2:0 hesabı ilə məğlub etmişdi.



Avropa Liqası

2-ci təsnifat mərhələsi (cavab oyunu)

26 iyul


LEX - XƏZƏR LƏNKƏRAN- 1:0 (ilk oyun - 1:1)

Qol: Tonev, 15 (1:0)

Baş hakim: Stanislav Todorov (Bolqarıstan).

Poznan. "Meyski" stadionu.


LEX: 1. Yasmin Buriç, 5. Manuel Arboleda, 6. Lukaş Tralka, 14. Voyo Ubiparip, 16. Rafal Muravski (k), 18. Bartoş Slusarski, 20. Hubert Volonkeviç, 24. Aleksandr Tonev, 25. Luis Enrikes, 32. Mateuş Mojdjen, 35. Marçin Kaminski.

Ehtiyat oyunçular: 27. Kriştof Kotorovski, 3. İvan Dyurdyeviç, 4. Tomaş Kedziora, 7. Yakub Vilk, 8. Yatsek Kelb, 11. Gerge Lovrençiç, 28. Bartoş Bereşinski.


XƏZƏR LƏNKƏRAN: 1. Kamran Ağayev, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Manuel Skarlatake.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 10. Elnur Abdullayev, 11. Rendal Brenes, 18. Alim Qurbanov, 42. Kamran Abdullayev, 81. Rikardo Qomes.


Bütün xəbərlər Facebook səhifəmizdə