\"İnter\" penaltilərdə məğlub oldu və Avropa Liqasında mübarizəni dayandırdı

\"İnter\" penaltilərdə məğlub oldu və Avropa Liqasında mübarizəni dayandırdı

Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları baş tutub. Siasport.az saytının məlumatına görə, təmsilçimiz \"İnter\" Yunanıstanın \"Asteras\" klubu ilə qarşılaşıb. İlk oyunda olan nəticə cavab matçında da təkrar olunub. Belə ki, matçın əsas hissəsi və əlavə olunmuş vaxtda 1:1 hesablı bərabərlik qeydə alındığına görə, qalib penaltilər seriyası ilə müəyyənləşdirilib. Penaltilərdə isə rəqib daha dəqiq olub. Beləliklə, \"İnter\" Avropa Liqasında mübarizəni dayandırıb.


Xatırlaq ki, \"İnter\" birinci mərhələdə Estoniya "Trans"ını 5:0 və 2:0 hesabı ilə məğlub etmişdi.


Avropa Liqası

2-ci təsnifat mərhələsi (cavab oyunu)

26 iyul


ASTERAS - İNTER - 1:1 (penaltilərlə 4:2) (ilk oyun - 1:1)

Qollar: X.Armero, 68 (1:0), T.Şütz, 87 (1:1)

Baş hakim: Lars Kristoffersen (Danimarka).

Tripolis. "Asteras Tripolis" stadionu.


ASTERAS: 37. Georgios Bantis, 3. Xristos Pipinis, 4. Xuanito, 6. Lautaro Formika, 8. Fernando Usero, 9. Emmanuel Perrone, 10. Rayo, 11. Savvas Tsampuris (k), 13. Leandro Alvares, 22. Sebastyan Bartolini, 23. Ximo Armero.

Ehtiyat oyunçular:46. Georgios Georqapulos, 14. Tasos Bakasetas, 17. Yanis Diniotakis, 25. Dimitris Kurbelis, 27. Lefteris Yalusis, 30. Eqon, 31. Mixalis Fraqulakis.

İNTER: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 8. Nizami Hacıyev, 10. Georgi Adamiya, 14. Petar Zlatinov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 20. Bryus Abdulay, 21. Arif Daşdəmirov, 23. Tales Şütz, 87. Haynts Barmettler.

Ehtiyat oyunçular:96. Elşən Poladov, 4. Valeri Abramidze, 9. Daniel Genov, 11. Asif Məmmədov, 25. İbraima Niasse, 28. Baçana Tsxadadze, 77. Ruslan Əmircanov.


Penaltilər:


Tsampuris - 0:0 (kənara)

Georgiyevski - 0:0 (kənara)

Rayo - 1:0

Tsxadadze - 1:1

Usero - 2:1

Barmettler - 2:1 (qapıçı)

Xuanito - 3:1

Genov - 3:2

Perrone - 4:2

Bütün xəbərlər Facebook səhifəmizdə